Hər gün bunları yeməlisən..
Hər bir insan sağlamlıq üçün kilosuna, yemək qəbuluna diqqət etməyə çalışır. Yediyi qidanın növündən asılı olmayaraq onların təzə, freş olması isə vacib məqamlardandır. Təbiiki qəbul etdiyimiz qidaların gündəlik bir miqdarı olmalıdır. Yemək, meyvə, çərəz, tərəvəz və.s nə qədər məsum və iştah açıcı olsa da, yüksək miqdarda istifadə olunduqda insan orqanizminə zərər verə bilirlər.
Bu gün sizlərə çərəzlərdən danışacayıq. Fındıq bədənə böyük fayda gətirən ən faydalı məhsullardan biridir. Fındıq istifadəsi sağlamlığı gücləndirməyə kömək edir. Bunların bədənimizin düzgün işləməsi üçün zəruri olan bir çox vitamin, mineral, zülal və yağları ehtiva edir.
Qoz qan xolesterolunu azaltmağa və ürək-damar xəstəliklərinin inkişaf riskini azaltmağa kömək edir. Bu məhsulda sinir sisteminin düzgün işləməsi və stressi azaltmaq üçün vacib olan maqnezium var.
Nə qədər və necə yeyə bilərsiniz?
Gündəlik 6-10 ədədə qədər qoz istifadə etmək normaldır. Günün istənilən vaxtında qoz yemək faydalıdır, lakin yatmadan əvvəl xüsusilə yaxşıdır.
Badam güclü bir antioksidan olan vitamin E vitamini ilə zəngindir və hüceyrələri zərərdən qorumağa kömək edir, kalsium ehtiva edir. Gündə 20 badam istifadə etmək tövsiyə olunur. Badam xam yeyilə bilər, amma əvvəlcə islatmaq daha yaxşıdır.