Qara kişmişin faydaları
Mütəxəssislər gün ərzində bir ovuc qara kişmiş yeməyi məsləhət görürlər. Bu qanda zərərli qatışıqlardan təmizləyir və sağlamlığı qorumağa kömək edir. Dəmirlə zəngin olan bu sadə məhsul saçların uzanmasını tənzimləyir.
Qara kişmiş qanı təmizləyir. Antioksidləşdiricilərlə zəngin olan qara kişmişin gündəlik qəbulu orqanizmi zəhərlənmədən, şlaklardan və qana düşən digər arzuolunmaz maddələrdən qoruyur.Daxilindəki S vitamini ilə saçların kökünü bərkidir və saçların vaxtından əvvəl ağarmasının və tökülməsinin qarşısını alır.
Qara kişmiş eyni zamanda sümükləri bərkidir.
Qara kişmiş xolesterini normallaşdırır, onun sağlam səviyyədə qalmasını təmin edir. Qara kişmişin tərkibində olan polifenolların orqanizmdəki “pis xolesterinin” dərəcəsini azaldaraq ürək xəstəliklərinin qarşısını alır.
Qara kişmiş dişləri sağlam saxlayır. Bu bitki mənşəli məhsul mikroblarla mübarizə aparan və dişlərin çürüməsinin qarşısını alan fitokimyəvi maddələrlə doludur.
Qara kişmiş həmçinin anemiyanın qarşısını alır. Dəmirlə zəngin kişmiş qanda hemoqlobinin miqdarını artırır və anemiyanın qarşısını alır. Bu da qışda sağlamlığın qorunmasında mühüm rol oynayan immuniteti gücləndirir.