1 həftədə 6kq-dək arıqlayacaqsız
Mütəxəssislərin fikrincə, qarabaşaq insan orqanizmi üçün saysız-hesabsız faydaları var. Qarabaşaq tərkibi fosfor, xlor, dəmir, kalsium, maqnezium, mis, kobalt, kükürd, yod, sink, nikel, ftor, natrium, titan, dəmir kimi mikroelementlərlə, A, E, PP, B qrup vitaminlərlə zəngindir. Hətta tərkibində böyük miqdarda zülal olduğundan qarabaşağı ətlə müqayisə etmək olar. Bu qiymətli məhsul insanda xoş əhval yaratmaqla yanaşı, yorğunluğu götürür, yuxusuzluğu aradan qaldırır.
Qarabaşağın tərkibi sellüloz ilə zəngin olduğundan mədə-bağırsaq xəstəliklərinin müalicəsində də xeyirlidir. Müntəzəm olaraq qarabaşaqdan istifadə etməklə orqanizmdə olan şlakları və digər zəhərli maddələri xaric etmək mümkündür.
Bu dəyərli qida məhsulu qanda şəkərin miqdarını stabilləşdirir. Buna görə də diabet xəstələrinə qarabaşaqdan istifadə etmək faydalıdır. Həmçinin yüksək qan təzyiqindən şikayətlənənlər üçün də qarabaşaq olduqca xeyirlidir.
Qarabaşaq qaraciyərə də müsbət təsir göstərir, onun fəaliyyətini yaxşılaşdırır, eyni zamanda, böyrəklərin fəaliyyətinin normallaşmasına müsbət təsir göstərir.
Qarabaşaqdan xalq təbabətində də geniş istifadə olunur.
Boğaz ağrısı zamanı qarabaşağı quru halda tavada qızdırmaq və parçaya büküb boğaz və boyun nahiyəsinə qoymaqla ağrını yüngülləşdirmək olar. Uşaq bişməcə olanda qarabaşağı un kimi üyüdüb həmin yerə səpməklə körpənin rahatlığını təmin etmək olar.
Xroniki yorğunluq, süstlük zamanı yeməkdən qabaq 1-2 qaşıq qarabaşaq unundan istifadə etmək effektlidir.
Ürək-damar xəstəliklərinin qarşısını almaq üçün qarabaşaqdan düzəldilmiş qatı məhluldan (kisel) istifadə etmək faydalıdır. Bunun üçün bir xörək qaşığı qarabaşaq ununu 100 qram suya əlavə edib zəif odda iki dəqiqə qaynatmaq lazımdır. İki ay ərzində gündə iki dəfə olmaqla axşam və səhər hazırlanmış məhlul qəbul edilməlidir.
Bir sözlə, gündəlik qida rasionunuza ekoloji təmiz, dadlı və faydalı qarabaşaq yarmasını daxil etməklə ömrü sağlam başa vura bilərsiniz.
Bildiyiniz kimi arıqlamaq istəyənlərin qida rejimində qarabaşaq böyük rol oynayır.
1 stəkan qreçkaya 2,5 stəkan qaynar su töküb 1 gecə saxlayın. Ertəsi gün yeyin. Hazırladığınız qreçkaya yağ, duz və ya digər ədəvalar qatmayın.
Bu dietada gündə 1 litr kefir içib, qarabaşaq sıyığı yeyəcəksiniz. Axşam yeməyini ən gec yatmazdan 4 saat əvvəl bitirmək lazımdır. Onunla 1 həftə ərzində 5-6 kq çəki atacaqsınız. 7 gün ərzində istədiyiniz qədər qarabaşaq yeməyə icazə verilir. Sadəcə mədəni çox doldurmamağa çalışın. Yeməklə birlikdə 200 ml qazsız su için. Bu dieta həftəyə 5-10 kq arıqlamaq vəd edir.
Qreçkanın düzgün hazırlanma qaydası: 200 qram qarabaşağın üzərinə 400 ml qaynar su tökün. Qabın ağzını boşqab və ya qapaqla bağlayıb, 12 saat saxlayın. Hazır sıyığı 4-5 dəfəyə yeyin.
Yatmazdan 2-3 saat əvvəl qida qəbulu qadağandır. Aclıq hissi dözülməzdirsə, 200 ml kefir və ya su için.
Qreçka pəhrizi barədə vacib məqamlar
- Yeməyi dadlandırmaq üçün süd məhsulları, duz, yağ istifadəsi yolverilməzdir.
- Suda bişirilmiş qreçka sıyığını yemək olar, sadəcə onun effekti zəifdir.
- Gündə 1.5 litr maye (su, bitki çayları, yaşıl çay) içməlisiniz.
- Əzginlik, başgicəllənmə baş verdikdə qreçkaya 1-2 çimdik duz qatın.
- Mütəxəssislər aybaşı vaxtı bu pəhrizi saxlamağı tövsiyə etmirlər.