0
Səbətim
Əlaqə: +994 70 600 19 00
0
Səbətim
Püstənin yağları əritmə gücü var?

Püstənin yağları əritmə gücü var?

Püstə yüksək kalorili və yağlı məhsuldur, lakin ürək-damar sisteminin işini yaxşılaşdırmaq, metobolizmi və maddələr mübadiləsini sürətləndirmək üçün qida rasionuna daxil edilməlidir. Püstənin tərkibindəki əsas elementlərdən biri B7 və ya biotindir ki, bu da zülalları mənimsəməyə, yağları yandırmağa imkan verir, yəni maddələr mübadiləsində açardır.

Əgər biotin kifayət etmirsə, saç və dəri əziyyət çəkir, depressiv əhval-ruhiyyə yaranır, “pis” xolesterol qanda arta bilər.

Mütəxəssis həmçinin püstənin tərkibində yüksək miqdarda kalium və maqneziumun qan damarlarını gücləndirməyə və ürək döyüntüsünü normallaşdırmağa kömək etdiyini vurğulayıb.Püstənin faydalarını artırmaq üçün gündə 15 ədəd yemək tövsiyə edilir. Uşaqların isə yeddi püstədən çox yeməməsi daha yaxşıdır.

Yeri gəlmişkən qeyd edək ki, antioksidantlarla zəngin olan püstə həm də orqanizmdə qocalma prosesini ləngidir, hüceyrələrin və dərinin cavanlığını qoruyur. Bu səbəbdən cavan və gümrah qalmaq istəyənlər mütləq püstə yeməlidir. Bundan başqa qaraciyərə, nəfəs yollarına, gözlərin sağlamlığına müsbət təsir edir. 

Püstə zülalla zəngin, kalorisi az olduğu üçün maddələr mübadiləsi üçün çox faydalıdır. Eyni zamanda bu xüsusiyyəti sayəsində pis xolesterini aşağı salır və ürək sağlamlığını qoruyur. Püstə antioksidantlarla zəngin olduğu üçün hüceyrələri yeniləyir və yaşla bağlı xəstəliklərin qarşısını alır. Tərkibindəki faydalı yağlar sayəsində enerji verir və çəki artımının qarşımı alaraq, qabığındakı lif sayəsində mədədə artıq turşunun əmələ gəlməməsinə kömək olur.

Alimlərin apardıqları araşdırmalar, püstənin orqanizmi diabet və xərçəngdən qoruyan ən yaxşı qidalardan biri olduğunu göstərib.

Bir çox həkimlər püstəni ideal bir məhsul adlandırır, çünki qəbul edilməsi diabet, xərçəng kimi həyati təhlükəli xəstəliklərin qarşısını alır. Daha da erkən bir fərziyyəyə görə diabet xəstələrinin vəziyyətinə müsbət təsir göstərə biləcək yüksək bir K vitamini ilə xarakterizə olunur.

Axtarış

Digər məqalələr