Gündə 5 ədəd xurma yesən..
Xurma tərkibindəki yüksək kalium sayəsində ürək sağlamlığının qorunmasına töhfə verə bilər. Xurmanın müntəzəm istifadəsi ürək sağlamlığı üçün lazım olan elektrolit olan kaliumla təmin edə bilər. Kalium infarkt riskinə qarşı da fayda verə bilər və xolesterol səviyyəsini nəzarət altında saxlaya bilər.
Gündə neçə xurma yeməliyik?
Gündə nə qədər xurma yemək lazımdır sualının cavabı insanın sağlamlıq vəziyyətindən və yaşından asılı olaraq dəyişir. Orta hesabla gündə 1-2 ədəd yemək olar. Sağlam bir yetkin gündə maksimum 5 xurma yeyə bilər. Ancaq bu qədər xurma istehlak etdikdən sonra gün ərzində daha çox meyvə və şəkər istehlak etməməyə diqqət etmək lazımdır.
Hər səhər məşq etməzdən əvvəl acqarına xurma istehlak etmək, özünüzü enerjili hiss etməyə və sağlam şəkildə arıqlamağa kömək edə bilər. Xurma liflə zəngindir və yoğun bağırsaqda onun sorulmasını ləngidir, uzun müddət toxluq hissi yaradır. Xüsusilə axşam qəlyanaltıları üçün sağlam qida olaraq xurmanı seçmək sağlamlığınız üçün çox faydalıdır. Araşdırmalara görə səhər, nahar və şam yeməyindən təxminən bir saat əvvəl xurma qəbulu iştahınızı boğmağa kömək edir.
Xurma həm də təbii şəkər mənbəyidir və orqanizmə sürətli enerji verir. Buna görə də idmançılar və oruc tutanlar üçün xüsusilə faydalıdır. Ancaq xurmanın həddindən artıq istehlakı çəki artımına səbəb ola bilər. Çünki xurma həm yüksək kalorili, həm də çox şəkərli qidadır.