0
Səbətim
Əlaqə: +994 70 600 19 00
0
Səbətim
Badamın insan üçün faydaları

Badamın insan üçün faydaları

E vitamini ilə zəngin olan badam insan orqanizmi üçün çox faydalıdır. Kilo vermək istəyənlər çiy və ya qovrulmuş badamları yeyə və ya şirniyyatlarınıza, yeməklərinizə əlavə edə bilərlər. Badam zəngin antioksidan qaynağıdır və antioksidanların çoxu badamın qabığında olur. Badamdakı yağ doymamış yağdır. Bu cür yağlar LDL (pis) xolesterolu artırmaz.


Badam karbohidrat baxımından zəif, protein və lif baxımından isə zəngindir. Badamdakı maqnezium qan şəkərini nəzarət etməyə və insulin funksiyasını yaxşılaşdırar.


Yağ miqdarı nisbətən yüksək olmasına baxmayaraq, badam çəki verməyə kömək edər. Protein və lif tərkibi iştahanızı azaldar. Badam bir çox çərəzlərdən daha yüksək miqtarda E vitamini tərkiblidir. Eyni zamanda E vitamini alzaimer riskini azaldır. Mütəxəssislər badamların sümük sağlamlığı üçün faydalı olduğunu deyirlər.


Yüksək təzyiq infarkt və insult kimi problemlərə yol açar. Araşdırmalar maqnezium qəbulunun yüksək təzyiq riskini azaltdığını göstərir. Protein, sağlam yağlar və lif baxımından yüksək, amma karbohidrat miqdarı aşağı olan badam toxluq hissini artırır. Tərkibindəki E vitamini göz sağlamlığı üçün önəmli rol oynayar.


Badamın dəri üçün bilmədiyiniz faydaları vardır. Badam üz və kosmetik vasitələrin ayrılmaz bir parçasıdır. Badam tərkibi ilə yaddaşı gücləndirir və beyni yaxşılaşdırır. Gündəlik badam yeməklə gün ərzində daha enerjili ola bilərsiniz.

Axtarış

Digər məqalələr