0
Səbətim
Əlaqə: +994 70 600 19 00
0
Səbətim
Zəncəfi, qərənfil, darçın...

Zəncəfi, qərənfil, darçın...

Soyuqdəymə haqda miflər nə qədər geniş yayılsa da, onu qeyd etmək lazımdır ki, qripə küçədə papaqsız gəzmək və ya ayaqların islanması səbəbindən yoluxmurlar. Soyuqdəymə özlüyündə xəstəlik törətməsə də, yoluxma şansını artırır: soyuq kiçik damarların spazmını yaradır, bu isə immun sistemin işinə öz mənfi təsirini göstərir.

Qrip – virus xəstəliyidir, sürətlə yayılır və yüksək virulentliyə (dəyişmə qabiliyyətinə) malikdir. Qrip virusu praktik olaraq hər il mutasiya edir və buna görə də ona qarşı dayanıqlı immunitet yaratmaq mümkün deyil. Məsələn, əgər siz cari mövsümdə qripə yoluxmusunuzsa, bu, o demək deyil ki, virusun başqa ştammı ilə qarşılaşsanız vəziyyət bir də təkrarlanmayacaq. Məhz ona görə də qrip əleyhinə peyvəndləməni hər il arapmaq lazım gəlir.

Qripə yoluxmaq çox asandır. O, daha çox adamdan adama hava-damcı vasitəsi ilə keçir – yəni uşağınızın yanında kimsə asqırarsa,bu yoluxma üçün kifayət edə bilər. Lakin bu virus məişət yolu ilə də yoluxa bilər (çirkli əllər və s.) Virus özlüyündə dayanıqlı deyil və onu istənilən məişət antiseptiki və ya yuyucu vasitə ilə məhv etmək mümkündür. Amma bu cür gigiyenik normalara yalnız evdə əməl olunur. Gigiyena qaydalarının vacibliyini  hələ tam dərk etməyən uşaqlar isə əllərini müntəzəm yumur, oyuncaqlarını başqaları ilə dəyişir, eyni stəkandan istifadə edirlər və s. Bütün bunlar isə qripə yoluxma riskini artırır.

Əgər qripin əlamətləri yenicə başlayıbsa, ev şəraıtındə vəziyyəti yüngülləşdirmək olar.

Qrip çayı: bu çayı hazırlamaq üçün materiallar: Cökə, Zəncəfil, Qərənfil, Darçın, Su

Bu çayı hazırlayarkən insan sayına görə sadaladığımız maddələrin miqdarını artıra və ya azalda bilərik.

Çayı hazırlamaq üçün bütün maddələr çaydana atılar və üzərinə qaynar su əlavə edildikdən sonra dəmlənməsi gözlənilir. Çay bir neçə dəqiqə dəmləndikdən sonra istehlaka hazırdır. Üzərinə limon suyu və bal əlavə edərək də istifadə etmək olar.

 

Axtarış

Digər məqalələr