23.05.2024 16:19
Yorğunluğu aradan qaldıran meyvə
Qurudulmuş armud təzə armudun qurudulmuş formasıdır. Armud təxminən 84% su ehtiva edir. Bu səbəbdən qurutma nəticəsində 7 kq armuddan təxminən 1 kq quru armud qalır. Qurutma zamanı məhsulun tərkibindəki su buxarlanır və məhsulun mahiyyəti qalır. Bu səbəbdən quru armudun qida dəyəri, xüsusilə protein, karbohidrat və vitamin tərkibi əhəmiyyətli dərəcədə artmışdır.
Quru armud nə üçün istifadə olunur?
- Qurudulmuş armud desertlərdə, pudinqlərdə və şokoladda istifadə edilə bilər.
- Qurudulmuş armud qəlyanaltı kimi istehlak edilə bilər.
- Pəhriz saxlayanlar üçün qəlyanaltı kimi istifadə edilə bilər.
- Quru armudun faydaları
- Qurudulmuş armud vitaminlərlə çox zəngindir.
- Böyrəklərin nizamlı işləməsini təmin edir.
- Qurudulmuş armud böyrək qumu və daşlarının tökülməsinə kömək edir.
- Yüksək qan təzyiqini aşağı salır.
- O, qanı təmizləyir və bütün vəzilərin normal fəaliyyətini təmin edir.
- Anemiyanı aradan qaldırır və qəbizliyin qarşısını alır.
- Qurudulmuş armud əsəbləri sakitləşdirir.
- Zehni yorğunluğu aradan qaldırır.
- Susuzluğu yatırır.
- Tüpürcək ifrazını artırır.
- Hamilə qadınlarda qusmanı azaldır.
- Həzmsizliyi aradan qaldırır.
- Diabet xəstələri də yeyə bilər.
- Kompotu mədəsi zəif olanlar içməlidir.
- Yeməkdən əvvəl yeyilsə, faydası daha da artır.