Qozun insan orqanizmində gücü
Bol miqdarda qoz yemək insanda allergik reaksiyalarla müşahidə oluna bilər. Qozun digər bir zərəri isə bədənin müxtəlif hissələrində səpgi və şişginliklər əmələ gətirməsidir. Bu, daha çox dərisi həssas insanlarda müşahidə oluna bilər. Qoz çox yeyildikdə ishala da səbəb ola bilər. Vaxtında həkimə müraciət etdikdə əlavə təsirlərdən qurtulmaq olar.
Tərkibində allergik reaksiyalara malik maddələr olduğuna görə çox qoz yemək ürəkbulanmaya və qarın ağrısına səbəb ola bilər. Hamilə və uşaq əmizdirən qadınlar qoz yeyərkən daha diqqətli olmalıdır. Allergik reaksiyalar, ürəkbulanma, ishal və s. hallar hamilələr üçün daha risklidir.
Qozdakı yüksək omeqa-3 yağ turşuları ürək xəstəliklərini, diabeti, yüksək qan təzyiqini və depressiyanı azaldır. Qoz istehlakı qandakı xolesterol səviyyəsini salır, ürək ritmini nizamlayır. Qoz xərçəngdən qorunmanı təmin edir, immunitet sistemini gücləndirir. Damarlarda daha az laxtalanma xüsusiyyəti olan qan tipinin istehsalına və yaxşı xolesterol nisbətinin pis xolesterol nisbətinə görə artmasına kömək edir. Qozdakı yağ turşuları ürək xəstəliklərinə çox gözəl təsir edir.
Asiyada qoz hələ beyin qidası olaraq qəbul edilir, bu ölkələrdə şagirdlər, imtahanlardan əvvəl qoz yeyərək qeydlərini yüksəldə biləcəklərinə inanır. Omeqa-3 yağ nisbəti aşağı uşaqlarda daha yüksək hiperaktiv olma xüsusiyyəti, daha çox təhsil və davranış pozğunluqları, daha çox xasiyyətsizlik və yuxu nizamsızlıqlığı müşahidə edilir. Qoz, bu problemləri önləyən omeqa-3 baxımından çox zəngindir.
Öddə daşı meydana gəlməsinin qarşısını alır. Qozdakı melatonin, beyin bezesi tərəfindən ifraz olunan melatonin insan bədəninin istifadəyə hazır formasını təmin edir. Melatonin, gecə işləyən zaman yuxu nizamsızlığı çəkən kəslərdə narahatlıqları ortadan qaldıra bilir. Qozun, antioksidan xüsusiyyəti səbəbindən kardiyovasküler və sinir sisteminə zərər verən parkinson kimi xəstəliklərin inkişafını aradan qaldırır . Qoz, manqan və mislə orqanizmi təmin edir. Qoz yodla zəngindir buna görə də zob xəsteliyinə komək eden çərəzlərdəndir. Hər səhər 3-4 qoz yemək çox gözəl təsir edir.