Zirinc haqqında bilmədikləriniz
Tikanlı və yarpağını tökən kol bitkisi olan zirincın xırda çəlləyi xatırladan meyvələri qırmızı rəngdədir. Qurudulanda rəngi tündləşir. Turş dadına və faydalı xüsusiyyətlərinə görə onu bəzən "şimal limonu" da adlandırırlar.
Qızdırmasalıcı, mikrob əleyhinə, qankəsici təsir göstərir. Bu bitkidən toksinlərin xaric edilməsi, orqanizmin təmizlənməsi və yaşlanma prosesini ləngitmək üçün də istifadə edirlər. Bitki həzm vəzlərinin sekresiyasını artırır, iştahanı və həzmi yaxşılaşdırır, hipoasid qastrit zamanı müşahidə olunan həzmsizlik və köp əlamətlərini aradan qaldırır. Zirincin təzə meyvələrinin yeyilməsi və ya şirəsinin içilməsi qaraciyər xəstəliklərinin, revmatizm, bəzən də sidik kisəsi və böyrəklərin iltihabının müalicəsində yaxşı nəticə verir. Ürək vurğularının sayını azaltdığı və arterial təzyiqi aşağı saldığı üçün hipertoniya və taxiaritmiya zamanı da tətbiq olunur.
Zirinc tərkibində olan 19 müxtəlif amin turşusu ilə əzələlərin möhkəmlənməsinə yardım edir, orqanizmdən artıq yağların xaric olmasını sürətləndirir. Bu meyvə mədə-bağırsaq fəaliyyətini sürətləndirməklə həzm sistemini normallaşdırır. Gün ərzində zirinc dəmləməsini içənlər onun faydasının görə bilərlər.