0
Səbətim
Əlaqə: +994 70 600 19 00
0
Səbətim
Quru meyvə alarkən buna diqqət et

Quru meyvə alarkən buna diqqət et

Qurudulmuş meyvələr il boyu bizi faydalı vitamin və minerallarla təmin edən qidalardandır. Oları yeməzdən ilıq su ilə təmiz yumaq lazımdır. Qaynar sudan istifadə etmək olmaz. Çünki qaynar su quru meyvənin tərkibindəki vitaminləri yox edə bilər.  Keyfiyyətli quru meyvə ya bütöv, ya da səliqə ilə doğranmış olmalı və üzərində zədə, ləkə olmayanlardır.   Quru meyvələr nə çox bərk, nə də çox yumşaq olmamalıdır. Quru meyvənin üzərinin çox büzüşmüş olması onun düzgün qurudulmadığına işarədir. Qurudulmuş meyvədə ona xas olmayan əlamətlər varsa, o zaman insan sağlamlığı üçün təhlükəli olurlar. 

 

Quru meyvə alarkən rənglərinə də diqqət yetirmək vacib məqamlardan biridir. Satışda bəzən süni parıltılı quru meyvələrə rast gəlirik ki, təbii yolla qurudulan meyvənin bu cür qeyri-təbii görünüşü olmur. Bunu ən çox da xurmalarda istifadə edirlər.  Ərik qurusunun rəngi açıq narıncı olmalıdır. Çox açıq və ya qırmızıyabənzər çalarda olan ərik qurusunun rəngi süni yolla hazırlanmasına işarədir. Bu hal kişmişdə də çox rast gəlinir. Satışda çox açıq rəngli kişmiş görsəniz, bu meyvəyə kimyəvi müdaxilə edildiyinə işarədir. Alma qurusunun rəngi  krem rəngdə olmalıdır. Ağ və ya qəhvəyi alma qurusu yüksək keyfiyyətli məhsul hesab olunmur.  Armud qurusunu da alarkən eyni qaydalara əməl edilməlidir. Yadda saxlamaq lazımdır ki, quru meyvənin üzərindəki ağ ləkələr onun təbii rəngidir. Albalı qurusu tünd qırmızı və qara rəngin qarışımından yaranan çalarda, dadı turş olmalıdır. Xurma qurusunun üzəri ağ tozlu, rəngi qəhvəyi, tərkibi isə bir qədər elastik və yumşaq olmalıdır. 

 

Qurudulmuş meyvə alarkən qoxusuna da diqqət etməlisiniz. Düzgün texnologiya ilə hazırlanmış quru meyvə təbii və xarakterik iyə malik olmalıdır. Əgər məhsul üçün spesifik olmayan qoxu varsa, bu, məhsulun keyfiyyətsiz və sağlamlıq üçün zərərli olduğunu göstərir. Buna görə də sağlam qida qəbul etməyiniz üçün kiçik görünən böyük detallara fikir verin.

Axtarış

Digər məqalələr